İmişlidə şin partlayıb, usta xəsarət alıb

Baş səhifə

İmişli rayonunda ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 17:00 radələrində İmişli rayonu Məzrəli kəndində qeydə alınıb.

Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.

Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.