Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır – Pakistanın Baş naziri

Baş səhifə

Əbu-Dabi. Trend:

Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq,
qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı
çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri
birləşdirir.

Trend xəbər verir
ki, bu barədə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma
mərasimində videomüraciətində Pakistanın Baş naziri Məhəmməd Şahbaz
Şərif bildirib.




O əlavə edib: “Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş
rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr
hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və
sabitliyin qətiyyətli carçısı kimi tanınır”.