Norveç müdafiə xərclərini 115 milyard kuron artıracaq

Baş səhifə

Bakı. Trend:

Ölkənin müdafiə xərcləri növbəti 10 il ərzində əlavə olaraq 115
milyard kuron (təxminən 20 milyard manat) artırılacaq.

Trend xəbər verir
ki, bu barədə Norveç hökuməti məlumat yayıb.




Bu artım qlobal təhlükəsizlik vəziyyətinin qeyri-müəyyənliyi ilə
əlaqələndirilir.

Hazırda 112 milyard kuron olan hərbi büdcə 2035-ci ilədək 190
milyard kurona çatdırılacaq ki, bu da 2022-ci illə müqayisədə
təxminən üçqat artım deməkdir. Artımdan sonra Norveçin hərbi
büdcəsi ÜDM-in 3,5 faizinə bərabər olacaq.