Malidə daşqınlar nəticəsində 13 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Mali ərazisində baş verən daşqınlar nəticəsində azı 13 nəfər
həlak olub, daha 23 nəfər yaralanıb.

Bu barədə Qərbi Afrika ölkəsinin Təhlükəsizlik və Mülki Müdafiə
Nazirliyinin Böhranların Koordinasiyası və İdarəetmə Mərkəzinə
istinadən “Malijet” portalı məlumat yayıb.




Ümumilikdə, Malinin yeddi regionunda daşqınlar qeydə alınıb,
470-dən çox yaşayış binası dağılıb, 12 mindən çox insan zərər
çəkib. Hakimiyyət orqanları evsiz və ərzaqsız qalan insanlara
humanitar yardım göstərilməsi üçün tədbirlər görür.

Ötən il əsasən iyun-oktyabr aylarında güclü yağışlardan sonra
Niger çayının daşması ilə əlaqədar baş verən daşqınlar 44 regionu
əhatə edib. Nəticədə 24 nəfər həlak olub, 33 nəfər yaralanıb,
ümumilikdə 20,5 mindən çox insan zərər çəkib.