
Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov inklüziv
çoxtərəflilik milli suverenliyin qorunması və inkişaf etməkdə olan
ölkələrdə iqtisadi tərəqqinin təmin edilməsi üçün həyati zərurət
olduğunu deyib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “Qlobal
Cənub və çoxtərəfliliyin gələcəyi” mövzusunda 77-lər Qrupu və Çinin
50-ci Nazirlər Görüşündə çıxış edib.
“O, Azərbaycanın qlobal idarəçilik strukturlarının
islahatına və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə nail
olmaq üçün Şimal-Cənub dialoqunun təşviqinə institusional
sadiqliyini diqqətə çatdırıb.
Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə 77-lər Qrupu arasında
Birgə Əlaqələndirmə Komitəsinin tarixi fəaliyyətinin bərpa
olunmasını birgə fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm
mərhələ kimi qeyd edib.
Nazir məqsədyönlü humanitar yardım və potensialın
gücləndirilməsi proqramları vasitəsilə Azərbaycanın Kiçik Ada
İnkişaf etməkdə olan Dövlətləri və Ən Az İnkişaf Etmiş Ölkələrlə
sarsılmaz həmrəyliyini bir daha təsdiqləyib”, – deyə paylaşımda
qeyd edilib.

