RİNN, AZCON Holding və “Microsoft Ireland Operations Limited” arasında Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və
“Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma
Memorandumu imzalanıb.

Memorandum rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Saməddin Əsədov, AZCON Holding-in icraçı direktoru Şahin Babayev və
“Microsoft Ireland Operations Limited” şirkətinin region üzrə baş
meneceri Qabriela Popesku tərəfindən imzalanıb.




Bu Memorandum tərəflər arasında potensial əməkdaşlıq
imkanlarının araşdırılmasını şərtləndirir.

Memorandum gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir və
konkret layihələrin şərtlərinin növbəti mərhələdə tərəflər arasında
razılaşdırılmasını nəzərdə tutur.