
Bakı.Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda
fələstinli döyüşçülər tərəfindən çəkilmiş 2 kilometr uzunluğunda
tuneli məhv edib.
Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
“Terrorçulara məxsus uzunluğu 2 kilometr olan yeraltı tunel məhv
edilib”, – deyə məlumatda bildirilib.
Mətbuat xidməti əlavə edib ki, ordu “Qəzza zolağının cənubunda
“sarı xətt” yaxınlığındakı ərazinin terror obyektlərindən
təmizlənməsi üzrə əməliyyatları davam etdirir”.

