Gürcüstan terrorçuluqda ittiham olunan Özbəkistan vətəndaşını ABŞ-a təhvil verib

Baş səhifə

Gürcüstan terrorçuluğu dəstəkləməkdə ittiham olunan Özbəkistan vətəndaşı Davud Ansarini ABŞ-a ekstradisiya edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

ABŞ vətəndaşlığı almış Davud Ansari “İslam Dövləti” və “Əl-Nüsrə Cəbhəsi”nə maddi dəstək verməkdə, həmçinin bu məqsədlə cinayət əlaqəsinə girməkdə ittiham olunur.

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun Nyu-York bölməsinin məlumatına əsasən, Davud Ansari bu ilin avqustunda Gürcüstanda həbs olunub.

ABŞ-ın Ədliyyə Departamenti Gürcüstanın Baş Prokurorluğuna əməkdaşlığa, terorizmlə mübarizədə səylərinə, eləcə də 2016-cı ildən axtarışda olan şəxsin saxlanılmasına görə təşəkkür edib.