ABŞ və Çin liderləri strateji sabitlik əlaqələrini genişləndirmək barədə razılığa gəliblər

Baş səhifə

Bakı. Trend:

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti
Donald Tramp danışıqlar zamanı ikitərəfli strateji sabitlik
münasibətlərinin məzmununun genişləndirilməsi barədə razılığa
gəliblər.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.




Telekanalın məlumatına görə, iki dövlət başçısı “Çin-ABŞ
əlaqələrinin məzmununun daha da genişləndirilməsi” və “qarşılıqlı
hörmət, ədalət və qarşılıqlılıq prinsiplərinə əsaslanan konstruktiv
strateji sabitlik münasibətlərinin birgə qurulması” barədə razılığa
gəliblər.

Si Cinpin sentyabrın 23-dən 25-dək 11 ildən sonra ilk dəfə ABŞ-a
dövlət səfərindədir. O, cümə axşamı Ağ Evdə Tramp ilə məhdud və
geniş tərkibdə danışıqlar aparıb.