
Bakı. Trend:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor
Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi
rütbəsi verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında
dərc olunub.

