Güclü külək əsir, bəzi ərazilərdə yağış yağır – Faktiki hava

Baş səhifə

Bakı. Trend:

Ölkə ərazisində güclü külək əsir, bəzi ərazilərdə yağış
yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda
qeyd edilib.




Bildirilib ki, sentyabrın 25-i saat 19:00-a olan məlumatına
əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti
müşahidə olunur.

“Quba və Qusarda arabir yağış yağır. Hazırda bəzi yerlərdə
şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25,
Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18,
Şirvan, Culfada 17 m/s-yə çatır”, – deyə qeyd edilib.