Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin Andrey Kelini Rusiya
Federasiyasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad
edib.
Rusiyalı dövlət başçısının müvafiq fərmanı hüquqi
aktların rəsmi dərc edildiyi saytda yayımlanıb.
“Kelinin Andrey Vladimiroviç Rusiya Federasiyasının
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – deyə
sənəddə bildirilib.
Qeyd edək ki, daha əvvəl Putin Aleksey Meşkovi
Rusiyanın Fransadakı və Monakodakı, Elbrus Kutraşevi isə Rusiyanın
İraqdakı səfiri vəzifəsindən azad edib.

