
Xətai rayonunda anbarda baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının tam söndürülmədi üçün tədbirlər davam etdirilir.
***
14.29
Paytaxtın Xətai rayonunda, “NZS” ərazisində təkər tullamtıları yığılmış anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Ətraflı məlumat veriləcək.

