Kubanın elektrik şəbəkəsi sıradan çıxıb

Baş səhifə

Bakı. Trend:

Kubanın milli elektrik şəbəkəsində növbəti dəfə tammiqyaslı qəza
baş verib.

Bu barədə Kubanın Energetika və Mədən Nazirliyi məlumat
yayıb.




Nazirlik “X” sosial şəbəkəsində elektrik enerjisinin tamamilə
kəsildiyini və bərpa protokollarının tətbiq olunduğunu
bildirib.

Qeyd edək ki, Kubanın elektrik şəbəkəsi sonuncu dəfə iyul ayında
tamamilə sıradan çıxıb. Həmin vaxt 10 gündən az müddətdə üç belə
hal qeydə alınıb və ölkənin böyük hissəsi uzun müddət elektriksiz
qalıb.