Bakı. Trend:
«Tottenhem»in və İsveçrə millisinin sabiq müdafiəçisi Ramon Veqa
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti
vəzifəsi uğrunda mübarizə aparmaq niyyətində olduğunu
açıqlayıb.
FİFA-nın hazırkı prezidenti Canni İnfantino 2016-cı ildən bu
vəzifəni tutur və gələn ilin yazında Mərakeşdə keçiriləcək seçkidə
iştirak etmək niyyətində olduğunu açıqlayıb.
«Futbol kritik vəziyyətdədir, həyat təminatı aparatına qoşulub.
Daha gözləyə bilmərik. FİFA-ya yeni strategiya və fundamental
islahat lazımdır. Həyatım məni futbola xidmət etməyə hazırlayıb.
Mən dünya futbol ailəsinin qarşısına təvazökarlıq, qətiyyət və
dərin məsuliyyət hissi ilə çıxıram. Futbol prezidentlərə,
konfederasiyalara və ya administratorlara məxsus deyil. Futbol
istənilən vəzifədən, istənilən şəxsdən və ya istənilən qurumdan
daha üstündür», — ESPN Veqanın sözlərini sitat gətirib.
55 yaşlı Veqa İnfantino ilə seçkidə rəqabət aparmaq niyyətini
açıq şəkildə təsdiqləyən ilk şəxs olub.
Veqa futbolçu karyerasını 2004-cü ildə başa vurub, bundan sonra
maliyyə sahəsində çalışıb. O, 2015, 2019 və 2022-ci illərdə də FİFA
prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə cəhd edib, lakin
namizədlər sırasına daxil olmaq üçün FİFA-nın 211 üzv
federasiyasından ən azı beşinin dəstəyini qazana bilməyib.

