
Bakı. Trend:
ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq
potensialının üzə çıxarılmasında vacib platformadır.
Trend xəbər
verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının
4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı bildirib ki, Asiya Mədəniyyət Şurasının
budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual
prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və
inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.

