
Bakı.Trend:
ABŞ Ukrayna, Avropa və NATO nümayəndələri ilə qışa qədər Ukrayna
münaqişəsinin nizamlanması yollarını müzakirə edib.
ABŞ KİV-nin məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi
nümayəndəsi Stiven Uitkoff məlumat verib.
Görüş Mayamidə keçirilib. Tədbirdə ABŞ, “Avropa üçlüyü”
ölkələrinin, Avropa Komissiyasının, Ukraynanın və NATO-nun
nümayəndələri iştirak ediblər.
Uitkoff “X” sosial şəbəkəsindəki paylaşımında müzakirələrin
konstruktiv keçdiyini bildirib.
“Qış gələnədək deeskalasiya və Rusiya ilə müharibənin başa
çatdırılması üçün mümkün yolların axtarışı ilə bağlı konstruktiv
müzakirələr aparılıb”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın
24-dən davam edir.

