ABŞ Böyük Britaniyaya 12 ədəd “A-10” hücum təyyarəsi yerləşdirib

Baş səhifə

Bakı. Trend:

Pentaqon Yaxın Şərqə göndərilmək üçün Böyük Britaniyadakı
Leyknhit aviabazasına 12 ədəd “A-10 Thunderbolt II” hücum
təyyarəsindən ibarət eskadrilya yerləşdirib.

Trend-in
məlumatına görə, bu barədə “Military Air Tracking Alliance” resursu
bildirib.




Məlumata əsasən, təyyarələr Nyu-Hempşirdəki “Piz” Milli Qvardiya
aviabazasından geliblər. Onların transatlantik uçuşunu ABŞ tanker
təyyarələri təmin edib.

Onların Yaxın Şərqdə yerləşdiriləcəyi dəqiq yer hələlik məlum
deyil. Onların gəlişi ilə ABŞ bölgədəki bu döyüş təyyarələrinin
sayını ikiqat artıracaq.