Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı
araşdırma tədbirləri həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri
Kərimli Əli Əmirhüseyn oğlu partiyanın üzvü Qəhrəmanlı Fuad Əli
oğluna Milli Məclis və AZTV-nin nin inzibati binalarını ələ
keçirmək barədə tapşırıqlar verib.

Belə ki, Əli Kərimli Azərbaycanın Qarabağ bölgəsində
Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək
üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə
keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və
digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar
təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra
vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz
edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni
idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati
binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri
ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar
verib.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam
etdirilir.