Bu il 29 nəfər çimərkən, ümumilikdə isə 59 nəfər boğulub – FHN

Baş səhifə

Azərbaycanda bu ilin çimərlik mövsümündə 29 nəfər çimərkən suda boğulub.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyində çimərlik mövsümünün yekunlarına dair keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, mövsüm ərzində xilasedicilər sudan ümumilikdə 59 nəfərin cəsədini çıxarıblar. Onlardan 29-nun bilavasitə çimərkən boğulduğu müəyyən edilib. Digər halların ilkin araşdırmalara görə ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və başqa səbəblərlə bağlı olduğu bildirilib.

Ötən ilin eyni dövründə sudan 68 nəfərin cəsədi çıxarılmışdı. FHN-in nəzarət etdiyi çimərlik ərazilərində isə bu il boğulma halı qeydə alınmayıb.

Mövsüm ərzində suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 70 nəfər olub.

Nicat Rüstəm