
Bakı.Trend:
Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat
Gündoğdu və MHK-nin 7 üzvü saxlanılıb. Onlar mobbinq (mobbing — iş
yerində bir şəxsin digər əməkdaş və ya rəhbərlik tərəfindən
sistemli və davamlı şəkildə psixoloji təzyiqə, təqibə və alçaldıcı
münasibətə məruz qoyulması) və rəsmi sənədlərin saxtalaşdırılması
ittihamları üzə şübhəli bilinirlər.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Əməliyyat İstanbul, Ankara, Elazığ və Manisa vilayətlərində eyni
vaxtda keçirilib.
Qeyd edək ki, iddialarla bağlı araşdırma şikayətçinin sentyabrın
15-də ifadə verməsindən sonra başlayıb.
Saxlanılan şəxslər:
MHK sədri Ferhat Gündoğdu
Türkiyə Futbol Federasiyasının (TFF) Fəal Hakimlər Dərnəyinin
sədri Ferdi Karadoruk
TFF Mərkəzi Hakimlər Komitəsinin sabiq sədr müavini Ahmet
Şahin
TFF Mərkəzi Hakimlər Komitəsinin sabiq üzvü Yunus Yıldırım
MHK üzvü və TFF-nin Təhsil və 4-cü Region üzrə məsul şəxsi
Sebahattin Şahin
TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin
təşkilati məsələlər üzrə məsulu Alican Sağlar
TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul İl Hakimlər
Komitəsinin sədri Emre Kosif

