bp “Azəri-Çıraq-Günəşli” üzrə cari ilin 3-cü rübündəki kapital və əməliyyat xərclərinin həcmini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin ilk üç rübü ərzində bp şirkəti və onun konsorsium
üzrə tərəfdaşları Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” (AÇG)
layihəsi çərçivəsində təxminən 388 milyon dollar əməliyyat
xərclərinə və təxminən 912 milyon dollar kapital xərclərinə
yönəldiblər.

Trend bp-yə
istinadən xəbər verir ki, müqayisə üçün 2024-cü ilin eyni dövründə
əməliyyat xərcləri təxminən 402 milyon dollar, kapital xərcləri isə
təqribən 968 milyon dollar təşkil etmişdi. Beləliklə, əməliyyat
xərcləri illik ifadədə 3,5 faiz, kapital xərcləri isə 5,8 faiz
azalıb.




Layihənin operatoru “Azəri-Çıraq-Günəşli” yataqları blokuna dair
hasilatın pay bölgüsü sazişi (PSA) iştirakçıları adından “BP
Exploration (Caspian Sea) Limited” şirkətidir.

Layihədə iştirak payları aşağıdakı kimi bölünüb: bp (30,37%),
SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%),
TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh (2,92%).