
Bakı. Trend:
Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə
əlaqədar Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı
rayonlarının bəzi ərazilərində suyun verilməsində fasilə
yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)
məlumat yayıb.
Bildirilib ki, içməli suyun verilməsi oktyabrın 7-də səhər
saatlarınadək bərpa olunacaq.

