
Bakı.Trend:
Meksikanın dövlət neft-qaz şirkəti “Pemex” 2026-cı
ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə
dayandırıb.
Bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi
səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin
azaldılmasından sonra bu qərar qəbul edilib.
“Pemex”in ABŞ Qiymətli Kağızlar və Birjalar
Komissiyasına təqdim etdiyi hesabata əsasən, Meksika şirkətinin
törəmə qurumu “Servicios Logísticos y Recursos Estratégicos” üçüncü
rübdə Kubaya heç bir yanacaq təchizatı həyata keçirməyib. Bundan
əvvəl, ilin ilk yarısında ixracın həcmi sutkada cəmi 900 barel
təşkil edib.
Rəsmi statistika əhəmiyyətli fərq göstərir ki,
2024-cü ilin ilk yarısında adaya günə 19,2 min barel, 2025-ci ilin
eyni dövründə isə 19,6 min barel tədarük edilibsə, 2026-cı ilin ilk
yarısında bu göstərici günə 0,9 min barelə qədər azalıb.
Nəşrin bildirdiyinə görə, Meksika şirkəti bununla
ABŞ-nin Kubaya xam neft tədarük edən ölkələrə və şirkətlərə qarşı
tətbiq etdiyi sanksiyalarla üzləşməməyə çalışır.

