Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş səhifə

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə “APA-Economics”ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində hərəkət avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda, eləcə də Əlibəyov qardaşları küçəsində isə avqustun 22-si saat 09:00-dan müvəqqəti məhdudlaşdırılacaq.

“Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.