
Bakı. Trend:
Azərbaycan Dünya Bankı (World Bank) ilə dayanıqlı və inklüziv
iqtisadi artımın və məşğulluğun təşviqi barədə fikir mübadiləsi
aparıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Dünya Bankının (World Bank) Avropa və Mərkəzi Asiya regionunda
rifah üzrə regional direktoru cənab Əsəd Ələmin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşmək xoş oldu.
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi
inkişaf Strategiyası” layihəsinə daxil edilməsi planlaşdırılan
istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı və
inklüziv iqtisadi artımın və məşğulluğun təşviqi barədə
fikirlərimizi bölüşdük.
Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış
təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə
bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanlarını
nəzərdən keçirdik”, – paylaşımda qeyd edilib.

