Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq

Baş səhifə
Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, son olaraq iki oyun keçiriləcək.

B qrupunda yer alan “Quba” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 9 xalla beşinci, eyni xala malik “gənclik şəhəri” təmsilçisi altıncıdır.

A qrupunda isə “Şəki” “Sabah”la üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 14 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, VIII turda daha əvvəl “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni, “Naxçıvan” “Lənkəran”ı (82:75) məğlub edib.