Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı həbs edildi

Baş səhifə

Türkiyənin Dənizli vilayətində Merkezefendi Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Şeniz Doğan və həyat yoldaşı da daxil olmaqla 5 şübhəli həbs edilib.

Modern.az xəbər verir ki, iş üzrə ümumilikdə 27 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onlardan 7-si sərbəst buraxılıb, 15-i isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.