Polşa prezidenti Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb – YENİLƏNİB

Baş səhifə

Polşa Konstitusiya Məhkəməsinin qarşısında toqquşmalar davam edir.

APA xəbər verir ki, əksəriyyəti sərxoş olan etirazçılar polis kordonunu keçməyə çalışırlar.

***

5:41

Polşa prezidenti Karol Navrotski ölkədə Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

APA xəbər verir ki, prezident paytaxta çatdıqdan sonra Prezident Sarayında Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin sədri Zbiqnev Kapinski ilə görüş keçirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl hakim Anna Korvin-Piotrovska Şvençkovskinin vəzifələrinin icrasını bir ay müddətinə dayandırdığını elan edib.