
Bakı. Trend:
Beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin qüvvələri daha
əvvəl husilər tərəfindən ələ keçirilmiş Qırmızı dəniz sahilində
yerləşən Moha liman şəhərinə nəzarəti yenidən bərpa etdiklərini
bildiriblər.
Bu barədə “Al Jazeera” televiziya kanalı məlumat yayıb.
“Millət Qalxanı” qüvvələri, “Nəhənglər Briqadası” birləşmələri
və Tihamə Müqaviməti xalq könüllü dəstələrinin dəstəyi ilə
husilərin silahlı dəstələri ilə şiddətli döyüşlərdən sonra Taiz
şəhərinin qərbində yerləşən Mohaya nəzarəti ələ keçiri.”, – deyə
Yəmən ordusunun media mərkəzinin X sosial şəbəkəsində yaydığı
məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 10-da husilər Yəmənin Babül-Məndəb
boğazına çıxışı olan sahilyanı rayonlarına hücum zamanı Mohanı ələ
keçiriblər.

