Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın
əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd
olunub.

Qeyd olunub ki, yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan
xarakterli intensiv və güclü olub.




Bundan başqa dağlıq ərazilərə – Qrız, Xınalıq, Şahdağ, Qusar və
Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb. Belə ki, qar
örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda 1
sm-dir.

Qeydə alınan yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında:
Maştağada 37 (aylıq normanın 93%-i), Binədə 21 (aylıq normanın
75%-i), Bakıda 16 (aylıq normanın 57%-i), Sumqayıtda 5 mm-dir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı:
Kişçayda (Şəki) 55 (aylıq normanın 64%-i), Qəbələdə 51 (aylıq
normanın 40%-i), Sarıbaşda (Qax) 45 (aylıq normanın 36%-i), Oğuzda
45 (aylıq normanın 45%-i), Göyçayda 41 (aylıq normanın 76%-i),
Astarada 30, Kürdəmirdə 26 (aylıq normanın 56%-i), İsmayıllıda 24
(aylıq normanın 32%-i), Şamaxıda 23 (aylıq normanın 30%-i), Xızıda
22 (aylıq normanın 39%-i), Yardımlıda 20, Lənkəranda 18, Gədəbəydə
17 (aylıq normanın 30%-i), Qobustanda 17 (aylıq normanın 36%-i),
Lerikdə 16, Xaltanda 15 (aylıq normanın 31%-i), Sabirabadda 15
(aylıq normanın 36%-i), Göygöl, Qusarda 15, Neftçalada 14 (aylıq
normanın 31%-i), Daşkəsəndə 14, Zərdabda 13 (aylıq normanın 34%-i),
Mingəçevirdə 12 (aylıq normanın 30%-i), Naftalan, İmişlidə 11,
Tərtər, Beyləqanda 10, digər rayonlarda isə 1-9 mm qeydə
alınıb.