İran NPT üzvüdürsə, onun imkanlarından istifadə edə bilməlidir – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT)
üzvüdürsə, onun imkanlarından faydalana bilməlidir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

“İran 1970-ci ildən Nüvə Silahlarının Yayılmamasına dair Sazişin
üzv olaraq öz öhdəliklərinə tam şəkildə sadiq qaldığı halda,
alimləri öldürülüb, nüvə obyektləri hücuma məruz qalıb. Bu isə
ciddi bir sualdır”, -deyə o qeyd edib.




Bəqai bildirib ki, bir ölkə NPT-də üzvdürsə, təzyiq, hərbi
hücum, təhdid qarşısında qalmaq əvəzinə, onun imkanlarından
istifadə edə bilməli, öz hüququndan faydalanmalıdır.

Bəqai deyib ki, bir qayda olaraq İran Xarici İşlər Nazirliyi
ölkənin aidiyyəti qurumlarının qərarlarına tabedir. İran hazırda
Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzvüdür. Bu sazişin
üzv olduğuna görə, öz öhdəliklərinin nə olduğunu bilir.

Qeyd edək ki, son vaxtlar İran parlamentinin sədr müavini Əli
Nikzad bildirib ki, İran parlamentinin aidiyyəti komitəsində İranın
Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxması məsələsi
araşdırılır. Digər tərəfdən İranın Ali Milli Təhlükəsizlik
Şurasının katibi Möhsün Rzayi də bildirib ki, Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin bir sıra addımları ölkələri Nüvə Silahlarının
Yayılmamasına dair Sazişdən çıxarmağa yönəldə bilər.