
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ABŞ Konqresinə seçkilərdən əvvəl və
ya sonra İrana zərbələrin endirilməsi ehtimalını istisna
etməyib.
Bu barədə Donald Tramp “Fox News” telekanalına bildirib.
Bununla belə, ABŞ prezidenti belə zərbələrin mütləq
endiriləcəyini söyləməkdən imtina edib.
“Mən belə deməzdim. Yəni, bu mümkündür, amma sadəcə bunu belə
demək istəmirəm”, – deyə o bildirib.

