Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici
işlər naziri Ceyhun Bayramov Seneqalın Afrika İnteqrasiyası, xarici
işlər və xaricdəki seneqallılar üzrə naziri Şeyx Nianq ilə
görüşərək, Azərbaycan-Seneqal ikitərəfli gündəliyini və
əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə
edib.

Tərəflər daha güclü siyasi dialoq və qarşılıqlı səfərlərin
intensivləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı rəqəmsal idarəetmə və innovasiya sahələrində
yüksəksəviyyəli əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin struktur
çərçivəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Nazirlər,
həmçinin BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və
Seneqal arasında uzunmüddətli əməkdaşlığı və qarşılıqlı dəstəyi
yüksək qiymətləndirib, çoxtərəfli platformalarda əlaqələrin daha da
gücləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Müzakirələrdən sonra nazirlər “Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Seneqal Respublikasının Afrika İnteqrasiyası,
Xarici İşlər və Xaricdəki Seneqallılar Nazirliyi arasında siyasi
məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu
sənəd müntəzəm dialoqun saxlanılmasında və ikitərəfli
münasibətlərin siyasi çərçivəsinin gücləndirilməsində mühüm rol
oynayacaq.