
PAŞA Holding-in təşəbbüsü ilə həyata keçirilən LEGIS Hüquq
Forumu çərçivəsində gənc hüquqşünasların peşəkar inkişafını
dəstəkləmək məqsədilə təşkil olunan LEGIS Mentorluq Proqramı menti
qəbuluna başlayıb.
Proqram karyerasının ilkin mərhələsində olan hüquqşünaslara öz
sahələrində tanınmış və təcrübəli mütəxəssislərlə birbaşa ünsiyyət
qurmaq, onların bilik və təcrübəsindən faydalanmaq, nəzəri
biliklərini praktiki təcrübə ilə zənginləşdirmək və karyera
inkişafı istiqamətində fərdi mentorluq dəstəyi almaq imkanı
yaradır.
2026-cı ilin sentyabr ayından 2027-ci ilin fevral ayınadək davam
edəcək proqram çərçivəsində görüşlər ayda ən azı bir dəfə, minimum
60 dəqiqə olmaqla onlayn, əyani və ya hibrid formatda keçiriləcək.
İştirakçılar, həmçinin peşəkar şəbəkələrini genişləndirmək və hüquq
sahəsində müxtəlif istiqamətlər üzrə karyera imkanları haqqında
daha dolğun təsəvvür formalaşdırmaq imkanı əldə edəcəklər.
Proqramın mentorları:
LEGIS Mentorluq Proqramı iştirakçıları hüquq, arbitraj, dövlət
qurumları ilə əlaqələr, enerji və korporativ idarəetmə daxil
olmaqla müxtəlif istiqamətlərdə geniş peşəkar təcrübəyə malik
mentorlarla görüşəcəklər.
Proqramın mentorları sırasında:
- Anar Bağırov – AR Vəkillər Kollegiyasının Sədri;
- Aytac Qasımova – PAŞA Holding MMC-nin Hüquq və Dövlət Qurumları
ilə Əlaqələr Funksiyasının Direktoru; - Bəxtiyar Aslanbəyli – bp şirkətinin Xəzər, Mərkəzi Asiya və
Türkiyə regionunda Xarici əlaqələr və kommunikasiya üzrə
vitse-prezidenti; - Kəmalə Mehdiyeva – Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin
sədri; - Kenan Yılmaz – Koç Holding-də Hüquq və uyğunluq üzrə Baş
inzibatçı; - Cəlal Savaş – SOCAR-ın baş direktorunun hüquqi məsələlər üzrə
Baş Müşaviri
və hüquq sahəsinin digər tanınmış və təcrübəli mütəxəssisləri
yer alır.
Mentorların tam siyahısı və onlar haqqında ətraflı məlumatla
aşağıdakı keçiddən tanış olmaq mümkündür:
Müraciət qaydaları:
LEGIS Mentorluq Proqramında iştirak etmək istəyən gənc
hüquqşünaslar üçün son müraciət tarixi 27 avqust 2026-cı il müəyyən
edilib.
Daxil olan müraciətlər Təşkilat Komitəsi tərəfindən nəzərdən
keçiriləcək və yalnız seçilmiş uğurlu namizədlərlə əlaqə
saxlanılacaq.
Proqrama müraciət etmək üçün: https://lnkd.in/dJwmTN2D
LEGIS Mentorluq Proqramı gənc hüquqşünasların peşəkar
inkişafına, təcrübəli mütəxəssislərlə əlaqələr qurmasına və gələcək
karyera yollarını daha məqsədyönlü şəkildə formalaşdırmasına töhfə
verməyi hədəfləyir.

