CNN və MS NOW telekanallarına yenidən Ağ Evə giriş icazəsi verilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-də məhkəmə qərarından sonra CNN və MS NOW telekanallarına
yenidən Ağ Evə giriş icazəsi verilib.

CNN və MS NOW telekanalları sentyabrın 24-də urnalistlərinin
yenidən Ağ Evə buraxıldığını açıqlayıblar.

Politico ilə bağlı vəziyyət isə ilkin olaraq
dəqiqləşdirilməyib.

Bu barədə sözügedən üç media qurumu məlumat yayıb.




Bundan əvvəl akkreditasiya vəsiqələrinin qaytarılmasını tələb
edən məhkəmə qərarına baxmayaraq, səhər saatlarında onların hələ də
Ağ Evə girişinə icazə verilməmişdi.

ABŞ Prezidenti Donald Trampın sentyabrın 18-də verdiyi qərarına
qarşı həmin media qurumlarının müraciəti əsasında işə baxan federal
hakim jurnalistlərin hüquqlarına riayət olunmadığını, sözügedən
sanksiyanın onlara əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq
olunduğunu bildirmişdi.

Hakim Timoti Kelli hökumətdən tələb edib ki, başqa göstəriş
verilənədək və ya iki həftə müddətinə qüvvədə olan məhkəmə
qərarının müddəti başa çatana qədər jurnalistlərin “akkreditasiya
vəsiqələri” dərhal geri qaytarılsın.

Üç media qurumunun vəkili Teodor Butrus məhkəmə qərarını
alqışlayaraq bunu “mətbuat azadlığını, lazımi hüquqi prosedur
hüququnu və qanunun aliliyini bir daha təsdiqləyən mühüm qərar”
adlandırıb.