Latviyanın müdafiə naziri dronlarla bağlı hadisədən sonra istefa verib

Baş səhifə

Bakı. Trend:

Latviyanın müdafiə naziri Andris Spruds Latviyanın hava məkanına
daxil olan Ukrayna dronlarının vurulmamasından sonra istefa
verib.

Trend-in məlumatına görə, bu barədə “LSM” radiosu xəbər
verib.




“Latviya ordusunun siyasi kampaniyaya cəlb olunmasının qarşısını
almaq üçün müdafiə naziri vəzifəsindən istefa vermək qərarına
gəldim”, – deyə o bildirib.