
Xankəndi. Trend:
Mayın 10-da Xankəndi şəhərində Şəhərsalma üzrə Dünya Forumu
(WUF-13) çərçivəsində festival keçirilib. Festival yerli sakinlər
və qonaqlar üçün əsl bayram ab-havası yaradıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, festival çərçivəsində möhtəşəm konsert proqramı təşkil
olunub, tanınmış incəsənət xadimlərinin çıxışları böyük maraqla
qarşılanıb. Bununla yanaşı, müxtəlif yaş qrupları üçün interaktiv
oyunlar, əyləncə də təşkil olunub.Tədbirin əsas məqsədi şəhər
mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai
iştirakçılığın təşviqi və Xankəndi şəhərinin yenilənən simasının
beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.
Festival iştirakçıları, tədbirin yüksək səviyyədə təşkil
olunduğundan, şəhərdə yaradılan müasir mühitin və aparılan
bərpa-quruculuq işlərinin regionun inkişafına mühüm töhfə
verdiyindən danışıblar.
Qeyd edək ki, konsertin sonu möhtəşəm atəşfəşanlıqla bitib.


