- 09 may, 2026
- 13:33

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,874 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.
Təkcə apreldə Türkiyə Azərbaycana 2,399 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23,7 % çoxdur.
4 ayda Türkiyənin meyvə-tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,8 % azalaraq 790 milyon ABŞ dollarına, apreldə isə 6,3 % artaraq 210 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı ABŞ 118 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8,6 % az), Almaniya 102 milyon ABŞ dolları (-10,9 %) və Niderland 42 milyon ABŞ dolları (-22,8 %) dəyərində həyata keçirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


