Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bakının Suraxanı rayonunda 12 kiloqram narkotik vasitə
aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı
Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb.
Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış
məqsədilə əldə edib.




Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.