Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qarabağda elmi mərkəzi və ya bölməsinin yaradılması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında deyib.
Onun sözlərinə görə, AMEA-nın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir:
“Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar. Bundan başqa, işçilərimizin sosial müdafiəsinin yaxşılaşdırılması da əsas məqsədlərimizdən biridir. 2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

