
Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin yüksəkvəzifəli mülki rəsmisi, Hərbi
Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən ayrılıb.
Trend xəbər verir ki,
Pentaqon sözçüsü Şon Parnell onun administrasiyadan dərhal
ayrıldığını açıqlayıb. Parnellin sözlərinə görə, Hərbi Dəniz
Qüvvələrinin katibinin müavini Hunq Kao Hərbi Dəniz Qüvvələrinin
katibi vəzifəsini icra edəcək.
Qəfil istefa Felanın Vaşinqtonda keçirilən Hərbi Dəniz
Qüvvələrinin illik konfransında dənizçilərin və sənaye
mütəxəssislərinin böyük bir kütləsi qarşısında çıxış etməsindən və
jurnalistlərlə gündəliyi barədə danışmasından bir gün sonra baş
verib.

