Rusiya XİN vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb

Baş səhifə

Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi rusiyalıları Berlinin ayrı-seçkilik hərəkətlərinə görə mütləq zərurət olmadığı təqdirdə Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb.