
Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan tələbə vəfat edib.
Modern.az Sumqayit24.az -a istinadən xəbər verir ki, mayın 26-da universitetin ikinci kurs tələbəsi Nahid Xalid oğlu Həzməyev dünyasını dəyişib.
Bildirilib ki, 2007-ci il təvəllüdlü olan mərhum bir ildir ki, qan xərçəngindən əziyyət çəkirdi. Nahid Həmzəyev universitetin Energetika mühəndisliyi ixtisası üzrə təhsil alırdı.

