
Bakı. Trend:
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq
dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal
edəcəklər.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.
“Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və
biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal
hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik.
Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik”, – deyə
Prezident əlavə edib.


