Rusiyada məktəbdə silahlı insident baş verib

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Krasnodar diyarında yerləşən məktəblərdən birində 9-cu
sinif şagirdi təhsil müəssisəsində odlu silahdan atəş açıb.

Trend xəbər verir
ki, bu barədə bölgənin Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti
məlumat yayıb.

Hadisə nəticəsində 2 azyaşlının yaralandığı bildirilir.




İlkin məlumatlara əsasən, 9-cu sinif şagirdi tapançaya
konstruktiv olaraq bənzər bir əşyadan bir neçə dəfə atəş açıb və
hadisə yerindən uzaqlaşıb. Yaralılar tibbi yardım göstərilməsi üçün
xəstəxanaya yerləşdiriliblər

Atəş açan şəxsin saxlanıldığı qeyd olunur.