ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 24-də paytaxtımızda növbəti dəfə Bakı Caz Festivalına
start verilir. Payız mövsümünün bu mühüm mədəniyyət tədbiri ABB-nin
tərəfdaşlıq dəstəyi ilə keçirilir.

Bu il həm də Bakı Caz Festivalının 20 illik yubileyidir. 2005-ci
ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanovun əsasını
qoyduğu Bakı Caz Festivalı bu illər ərzində mədəniyyətlər və caz
ənənələri arasında körpüyə çevrilib.

Festival 31 oktyabra qədər davam edəcək. Bu günlər ərzində
Bakıda dünyanın tanınmış caz musiqiçiləri çıxış edəcəklər.




Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlarına
qədər bir çox məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film
nümayişləri, ustad dərsləri və seminarlar təşkil olunacaq.
Festivalda həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi
bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlərlə
müzakirələr paneli keçiriləcək.

Builki festivalda sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi
ustad dərsləri və konsertlər də nəzərdə tutulub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə
etmək olar.