
Bakı. Trend:
Ekvador sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Yeraltı təkanların episentri Santa Rosa şəhərindən 25 kilometr
cənub-şərqdə, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb,
sunami təhlükəsi yoxdur.


