
Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza zolağına humanitar
yardımın göstərilməsi və atəşkəsə əməl olunmasına nəzarət etmək
məqsədilə koordinasiya mərkəzinin fəaliyyətə başladığını elan
edib.
Trend xəbər verir
ki, bu barədə məlumat komandanlığın rəsmi saytında yer alıb.
Bildirilib ki, ABŞ əsgərləri Qəzza ərazisinə yerləşdirilməyəcək.
Onlar bölgəyə humanitar və maddi-texniki dəstəyin göstərilməsini,
həmçinin beynəlxalq tərəfdaşların təhlükəsizlik yardımlarının
əlaqələndirilməsini təmin edəcəklər.
CENTCOM-un baş admiralı Bred Kuper qeyd edib ki, növbəti iki
həftə ərzində amerikalı işçilər koordinasiya mərkəzinə gələrək
tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar
və özəl sektor nümayəndələri ilə əməkdaşlıq edəcəklər.

