Magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyən bakalavrların NƏZƏRİNƏ

Cəmiyyət


Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6 – 13 iyul 2023-cü il tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilən magistraturaya qəbul imtahanlarında nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı linkdə) daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat 3 – 6 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat linki göstərilən tarixlərdə aktiv ediləcək.

Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcəkdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir